Qəlbimizin dünyası

Dünya görmüş qoca şəhərin girişində əyləşib, fikrə dalmışdı. Şəhər qapılarına yaxınlaşan gənc ondan soruşdu:

- Mən heç vaxt bu şəhərdə olmamışam. Buranın camaatı necədir?

 Qoca suala sualla cavab verdi:

- Bəs sən sonuncu dəfə tərk etdiyin şəhərdə necə insanlar yaşayırdılar?

Gəncin sanki yarasına duz səpdilər:

- Heç soruşma, ay baba! Çox pis insanlar idi, hamısı əsəbi, kinli. Elə buna görə də köçmək qərarına gəldim.

Qoca dilləndi:

- Bilirsən, elə buranın camaatı da belədir.

Gənc artıq şəhərə daxil olmadı, kor-peşman yoluna davam etdi.

Bir qədər keçdikdən sonra şəhərin qapılarına başqa bir gənc yaxınlaşdı, o da ağsaqqala müraciət etdi:

- Bu yerlərin adamı deyiləm, baba. Mənə bir məsləhət verərdiniz. Bu necə şəhərdir, insanları necədir?

Qoca yenə suala sualla cavab verdi:


Ardı →

Heyni Hafmanın "Doğulmamış qızın gündəliyi" kitabından bir hissə

Artıq neçə gündür ki, yaşayıram
«Anamın qarnında oturmuşam, doqquz aydan sonra doğulacağam. Anam məni sevir, qayğımı çəkir. Tez-tez həzin musiqiyə qulaq asır və mən də onunla birlikdə həzz alır, çox vaxt da elə musiqi dinləyərək yuxuya gedirəm. Hər axşam atam işdən gəlir. Anamı qucaqlayır və yaşadığım qarnı sığallayır.
Bilirsinizmi, mən doğulanda dünyanın ən bəxtəvər ailəsi olacağıq — axı mən onları çox, lap çox sevirəm! Anam vaxtının çox hissəsini evdə keçirir. Amma günorta saat 1-dən axşam 5-dək məktəbə gedir. Onun indi çoxlu şagirdləri olmasa da, uşaqlar anamı lap çox istəyirlər. Eyb etməz, mən doğulandan sonra anamı indikindən də artıq sevəcəklər.

Məktəbdən qayıdandan sonra anam yemək yeyir, onunla bahəm mən də yeyirəm. Hər şey elə dadlıdır ki! Sonra anam televizora baxır, nə isə toxuyur, dərslərə hazırlaşır. Günlərimiz adətən belə keçir.
Axşam atam işdən gəlir, yemək yeyir, dincəlir və yatmağa gedir.
Atam elə həlim, gözəldir ki! Doğulmağa tələsirəm — hər axşam atamı qucaqlayar, öpər, sonra da onunla oynayardım.
Əla olardı, hə!

Hər gün böyüyürəm. Əllərim, ayaqlarım var artıq. Hər şeyi görür, hiss edirəm. Atamla anam yəqin ki, bunu hələ bilmirlər. Onların nə etdiklərini görürəm, amma onlar anamın bətninə baxıb mənim nə etdiyimi görmürlər. Bir anlıq da olsa, anamın qarnından çıxmaq, onu və atamı öpmək, sonra yenidən bətnə dönmək istərdim.
Amma yox, hələ balacayam. Balaca uşaqlar isə ananın qarnında oturmalı, dəcəllik etməməlidir.
Ardı →

Su aydınlıqdır

Uşaq vaxtı çox şıltaq, dəcəl bir qız idim. Hər gün nəsə bir “fəlakət” törədirdim. Bu cəhətim yaşım artdıqcada dəyişmədi.Bir oğlanın hər gün bizim eyvanın altından keçdiyini müşahidə etmişdim. Nədənsə, ilk gündən onu heç gözüm tutmamışdı. Sakit və ciddi birinə bənzəyirdi. Sakit insanları sevmədiyim üçün onu incitmək qərarına gəldim.İlk olaraq, əlimə keçən soğanlardan bir neçəsini onun başına atdım.
Ardı →

Dünyanın Ən Gözəl Tablosu [interesting]

 


Məşhur bir rəssam, bir gün dünyanın ən gözəl şəkilini çəkməyə qərar verdi. 
Bunun üçün dünya da ən gözəl şeyin nə ola biləcəyinə 
dair məlumat yığmaq üzrə uzun bir səfərə çıxdı.

Meşəliklə gedərkən, beli bükülmüş yaşlı bir adamın yol kənarına oturğunu gördü. 
Yanına gedərək ona dünyanın ən gözəl şeyinin nə olduğunu soruşdu. 
Qoca heç tərəddüd etmədən:
alt
- "İmandır" dedi.

Sonra, bir qəsəbədən keçərkən, bir qapı qarşısında toplanmış toy adamlarına rast gəldi. 
Adamların arasına keçərək gənc gəlinə:
— «Dünyanın ən gözəl şeyi nədir sizcə?» deyə sual verdi.
Gəlin, bəyin gözlərinin içinə baxaraq:alt
- «Dünyanın ən gözəl şeyi sevgidir!» dedi.

Rəssam yoluna davam etdi. Tozlu bir yolda gedərkən cəbhədən gələn yorğun 
bir əsgərlərə rast gəldi. Eyni sualı onlardan da soruşdu. Əsgərlər:
alt
- «Dünyada ən gözəl şey barışdır!» dedilər.

— «Rəssam öz-özünə əgər bu dünyanın ən gözəl şeyləri iman, eşq və barışsa mən 
bunların şəkilini necə çəkə bilərəm ki?» Deyə düşünməyə başladı. 
O düşüncəylə evinə döndü.
Evinin qapısından içəri girdiyində isə dünyanın ən gözəl mənzərəsinin qarşısında
 olduğunu düşündü. Uşaqların günahsız baxışlarında «iman», arvadının gözündə 
«eşq», evində isə «barış» halı hökm sürürdü. Bunlardan aldığı ilhamla rəssam, 
dünyanın ən gözəl şeyinin şəkilini çəkməyə başladı. Şəkil bitincə də tabloya bu adı verdi:
alt
- «Evim!»



Davamı →

Həyat

Hava soyuq.
Tax qulaqcıqları.
Çölə çıx.
Üşü.
Get.
Daha çox üşü.
Daha çox get.
Üşüdükcə get.
Getdikcə, düşün.
Olmaq istədiyin adamı düşün.
Olduğun adamı düşün.
Ardı →

Kiçik qızdan böyük dərs...

Kiçik bir qız müəllimi ilə balinalar haqqında danışırdı. Müəllim bir balinanın insanı udmasının fiziki olaraq qeyri-mümkün olduğunu söylədi, çünki balinaların boğazı çox kiçikdir. Kiçik qız «Yunus peyğəmbəri» bir balinanın udduğunu söylədi, əsəbiləşən müəllim balinanın insanı uda bilməyəcəyini təkrarladı, bu qeyri-mümkün idi.
Kiçik qız belə dedi:«Cənnətə getdiyim zaman Hz. Yunus peygemberden soruşacağam.»
Müəllim «Ya Hz. Yunus cəhənnəmə getdisə?» deyə cavabladı.
Kiçik qız " O zaman siz soruşmali olacaqsiz" dedi
Davamı →

İki gəzgin mələyin hekayəsi

İki Səyyah Mələk, gecəni keçirmək üçün olduqca varlıqlı bir ailənin evinin qapısını döymüşlər.



Ailə, çox kobud bir üslubla, mələklərə yatacaq yer/yeyər olaraq böyük/ər malikanənin qonaq otaqlarından birini vermək yerinə, soyuq bodrumundakı kiçik bir küncü göstərmiş.
Mələklər buz kimi otağının soyuq və sərt zəminində özlərinə yatacaq

Ardı →

Bir dilənçinin hekayəsi.

Bir gün, kiçik bir qız uşağı, küçənin qırağında oturmuş, yeyəcək bir şey,


pul ya da ala biləcəyi bir şey üçün dilənirdi.


Əynində yırıq-yırtıq, üzü-gözü kir içində və pərişan bir haldaydı.
Qız dilənərkən, küçədən gənc, canlı və yaxşı görünüşlü bir adam keçdi.

Ardı →

Bir əsgərin hekayəsi

Əsgərliyini bitirmiş olan gənc əsgərlikdə olduğu şəhərdən ailəsinə zəng etdi:
-Ana ata, evə qayıdıram, amma sizdən bir şey xahiş edəcəm. Yanımda bir yoldaşımı da gətirmək istəyirəm. 
-Məmnuniyyətlə, onunla tanış olmaq istəyərik dedilər.
Ardı →